Azərbaycanlı alim vəfat etdi
Sosial
03.02.2025 15:34
Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib.
Qeyd edilib ki, o, 75 yaşında vəfat edib.
Q.İ.İsaqov yarımkeçiricilər fizikası, yarımkeçirici-metal, yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda klassik və kvant elektron prosesləri, günəş energetikası, ekologiya və s. sahələrdə 100-ə yaxını xaricdə dərc olunmaqla 150-dən çox elmi məqalələrin və 3 ixtiranın müəllifi idi.
tag: Alim,Fizika,Qüdrət İsaqov,Vəfat,Todaypress.az,