Azərbaycanlı aktyor ölkəyə külli miqdarda narkotik gətirməkdə şübhəli bilinir

Sosial

30.12.2024 14:10

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə TodayPress-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dekabr ayının 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Ağdaş rayon sakini 1986-cı il təvəllüdlü Ramazanov Fərdi Rövşən oğlu gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü 1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Neftçala rayon sakini Məmmədov Həsənağa Elçin oğlu müəyyən edilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

tag: Heydər Əliyev Beynəlxalq Aeroportu,DSX,İstanbul-Bakı,Ağdaş,todaypress.az,