Azərbaycanın əksər bölgələrində güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial

02.03.2025 13:12

822

Martın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti olacaq.

TodayPress xəbər verir ki, hava şəraiti ilə əlaqəli Milli Hidrometeorologiya Xidmətindən xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Daşkəsən, Laçın, Kəlbəcər, Zəngilan, Qobustan, Neftçala, Yardımlı, Lerik, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qusar, Naxçıvan, Culfa və Ordubadda fasilələrlə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

tag: Hava,Bakı,Abşeron,Külək,todaypress.az,