Azərbaycanda yerli istehsal avtobusların satışı gömrük rüsumundan azad edildi
Azərbaycanda yerli istehsal avtobusların
satışı və ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad edilib.
TodayPress xəbər verir ki, bu barədə Prezident İlham
Əliyevin "Gömrük tarifi haqqında" qanununda dəyişiklik edilməsi
barədə təsdiqlədiyi qanunda deyilir.
Qanuna əsasən, Azərbaycan ərazisində istehsal olunan
avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici
sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların
ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə gömrük
rüsumundan azad edilir.
tag: Prezident, İlham Əliyev, Gömrük, Avtobus, todaypress.az,