Azərbaycanda meymunçiçəyinə ilk yoluxan şəxs evə buraxıldı

Sosial

30.01.2025 11:24

Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb. 

Bu barədəTodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.  

Xatırladaq ki, yanvarın 18-də Azərbaycanda ilk meymunçiçəyinə yoluxma faktı aşkarlanıb. Belə ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

tag: TƏBİB,Müalicə,Meymunçiçəyi,Azərbaycan,Todaypress.az,