Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

Sosial

24.06.2024 15:23

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb.

TodayPress xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, karantin rejiminin müddəti bundan əvvəl 1 iyul saat 06:00-dək uzadılmışdı.

tag: Azərbaycan, Karantin, Əli Əsədov, Baş Nazir, COVID-19, todaypress.az,