Azərbaycanda "Erasmus+" proqramı dayandırıldı: Səbəb və nəticələr
"Azərbaycanda "Erasmus+" proqramının dayandırılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub".
Təhsil eksperti Elçin Əfəndi bu barədə TodayPress-ə danışarkən bildirib ki, "Erasmus+" proqramına tətbiq olunan məhdudiyyət xoşagələn hal deyil.
Vətəndaşların xarici ölkələrdə təhsil alması daha məqsədəuyğundur.
Onun sözlərinə görə, ölkəmizdə bir çox ali təhsil müəssisələri Erasmus+" proqramına qoşulub. Amma məhdudiyyətin tətbiqi, qəbulun aparılmaması həmin ali təhsil müəssisələri və tələbələrin xaricə çıxış imkanlarını məhdudlaşdıracaq.
"Proqramın köməyi ilə tələbələr bir neçə ay və ya il başqa ölkədə təhsil alırdılar, hətta onların köçürülməsi də baş tuturdu. Bu qərarla təəssüf ki, bu imkanlar olmayacaq. Ancaq ehtimal olunur ki, "Erasmus+"un yerinə başqa proqram tətbiq oluna bilər. Bunlardan başqa dövlət təqaüd proqramları da var ki, bakalavr, magistratura, doktorantura istiqamətində xaricdə təhsil almaq istəyənlər müəyyən şərtlər əsasında bundan yararlana bilərlər".
Qeyd edək ki, "Azərbaycan Milli Erasmus+" ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, "Erasmus+" proqramı çərçivəsində bütün fəaliyyətlər faktiki olaraq qeyri-rəsmi şəkildə dayandırılıb. Bu, o deməkdir ki, yeni layihələr qeydiyyata alınmır və aktiv olanların icrası dayandırılır.
Xatırladaq ki, "European Region Action Scheme for the Mobility of University Students" (Erasmus) tələbə mübadilə proqramı 1987-ci ildə yaradılıb. Avropa Birliyi tərəfindən yaradılmış və universitetlər arasında əməkdaşlıq çərçivəsində maliyyələşdirilən proqram bakalavr və təhsilinin növbəti pillələrini davam etdirmək istəyən tələbələr, xaricdə yaşamaq istəyən şəxslər və karyeralarında yüksəlmək üçün müxtəlif təcrübə proqramlarda iştirak etmək istəyən gəncləri özündə birləşdirən sistemdir.
Türkan İsgəndərli
tag: Elçin Əfəndi,Ekspert,Erasmus+,Azərbaycan,Todaypress.az,
