Azərbaycanda 12 nəfəri gün vurdu

Sosial

20.06.2024 10:43

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzinə günvurma ilə bağlı iyunun 1-dən bu günə qədər ümumilikdə 12 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə TodayPress-ə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, onlardan 10 nəfərə yerində yardım göstərilib, digər iki şəxs isə hospitalizasiya olunub.(report.az)

tag: Azərbaycan, Respublika, TƏBİB, Gün Vurma, todaypress.az,