Azərbaycana təcili yardım avtomobilləri gətiriləcək
Sosial
17.10.2024 11:50
"Bu gün Bakı şəhəri üzrə gündəlik olaraq 130-135 təcili yardım avtomobili xəttə buraxılır".
TodayPress xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair Bakı Biznes Mərkəzində keçirilən brifinqdə bildirib.
O, diqqətə çatdırıb ki, umumilikdə Respublika üzrə cəmi 1000-ə yaxın ambulans istismardadır:
"Mütəmadi olaraq avtomobil parkı genişləndirilir. Bundan əlavə Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyalarının yerləşdirilmələrinə yenidən baxılır. Ölkə üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin yeni xəritəsi hazırlanır. Artıq Abşeron yarımadası üzrə planlama işləri yekunlaşıb. Keyfiyyətli xidmət üçün mütəmadi olaraq ambulans və briqadaların sayı artırılır. Müəssisələrin təcili tibbi yardım avtomobillərinə ehtiyacın ödənilməsi üçün işlər görülür. Buna əsasən 2024-cü ilə kimi 349 ambulans alınıb. Bu proses davam etdirilir".
Günəş Mərd
tag: TƏBİB ,Azərbaycan ,Vüqar Qurbanov ,Abşeron, Avtomobil, todaypress.az,