Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın həbs edildi
56 nəfərin böyrəyini
satmaqda təqsirli bilinən ukraynalı qadın Polşada həbs edilib.
TodayPress xəbər verir ki, bu
barədə “Reuters məlumat yayıb.
Məlumata görə, Qazaxıstanda insan
orqanlarının alqı-satqısı ilə məşğul olan cinayətkar qruplaşmada iştirak
etdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilən 35 yaşlı Kseniya P.
Polşa ilə Ukrayna arasındakı dəmir yolu keçidində sərhədçilər tərəfindən saxlanılıb.
2020-ci ilin noyabrından İnterpolun
“qırmızı xətti” ilə axtarışa verilən ukraynalı qadın maddi mənfəət üçün
Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan,
Özbəkistan və Tailanddan olan 56 şəxsin böyrəklərini qanunsuz əldə etməkdə və
“törətdiyi cinayətləri daimi gəlir mənbəyinə çevirməkdə” təqsirli bilinir.
Kseniya P. Qazaxıstana ekstradisiya
olunacaq.
Onun Qazaxıstana ekstradisiya
edilməsi üçün bir həftəlik həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə
vəsatət təqdim edilib.
tag: Azərbaycan, Polşa, Qazaxıstan, Qadın, Həbs, Böyrək, Ukrayna, todaypress.az,