Azərbaycan və ABŞ Milli Məkan Məlumatları İnfrastrukturu quracaq

Sosial

28.04.2025 15:44

4

Azərbaycan və ABŞ-nin “Environmental Systems Research Institute” şirkəti arasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

TodayPress xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev "X"sosial şəbəkəsindəki hesabında bildirib. 

"Sənədin icrası Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması üzrə bilik mübadiləsinə, bu sahədə insan resurslarının inkişafına və özəl sektorda coğrafi informasiya sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış şirkətlərin inkişafına stimul verəcək" deyə o qeyd edib.

tag: Azərbaycan,ABŞ,Məkan,İnfrastruktur,Todaypress.az,