Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
tag: Müdafiə Nazirliyi,Atəş,Mövqe,Yuxarı Zağalı,Todaypress.az,