“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı təsis ediləcək

Sosial

23.01.2025 11:14

Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” ilə bağlı yubiley medalı təsis ediləcək. 

TodayPress xəbər verir ki, Milli Məclisə bununla bağlı qanun layihəsi daxil olub. 

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. 

tag: Milli məclis,Qanun,Yubiley Medalı,Dəyişiklik,Todaypress.az,