“Azərbaycan işarət dili” anlayışı qanunvericiliyə daxil edilir

Sosial

05.02.2025 14:24

1560

Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir. 

TodayPress xəbər verir ki, bu, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, Azərbaycan işarət dili eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir. (APA) 

tag: Qanunvericilik,Milli Məclis,Layihə,Əllilik,İşarət dili,Todaypress.az,