Azərbaycan əhalisinin sayı açıqlandı
Sosial
17.01.2025 16:00
Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
tag: Azərbaycan, Əhali ,Say ,Statistika ,todaypress.az,