"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 12 % artırdı
Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,4 milyondan çox sərnişin daşıyıb.
TodayPress bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.
O cümlədən, son 1 ildə qatarla səfər edən xarici turistlərin sayı 38 % artaraq 3 763 olub.
tag: ADY,Cədvəl,Qrafik,Sərnişin,Todaypress.az,