AZAL-ın təyyarə qəzasından sağ çıxan bələdçilərinə Çeçenistanın ali mükafatı veriləcək
Zülfüqar Əsədov və
Aydan Rəhimli müstəsna cəsarət və yüksək peşəkarlıq nümayiş etdiriblər, onlara
“Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı veriləcək.
TodayPress “Tass”a istinadən
xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramzan Kadırov Telegram
kanalında məlumat verib.
“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya
uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” sərnişin təyyarəsinin
sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət
və yüksək peşəkarlıq nümayiş etdirən bələdçilər Zülfüqar Əsədov və Aydan
Rəhimli “Çeçenistan
Respublikası qarşısında xidmətlərinə görə”mükafatına layiq
görüləcəklər" Çeçenistan preizdenti qeyd edib.
Qeyd edək ki, ötən il dekabrın 24-də
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarənin 3 ekipaj üzvü - İqor Kşnyakin Aleksandr Kalyaninov, Hökumə Əliyeva
qəza zamanı dünyasını dəyişib, Zülfüqar Əsadov və Aydan Rəhimli isə xilas
olublar.
tag: AZAL, Aktau, Qəza, Qazaxıstan, Azərbaycan, FHN,Çeçenistan, todaypress.az,