AZAL: Bakı-Moskva marşrutu üzrə həyata keçirilən reyslər yola düşdü - YENİLƏNDİ

Sosial

11.03.2025 13:21

812

Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.

***

11:15

Rusiyanın Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.

TodayPress xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.  Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

tag: AZAL ,Təyyarə,Bakı,Moskva,Reys,Gecikmə,Todaypress.az,