AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır
Sosial
08.01.2025 20:54
Son zamanlar Rusiyanın Kazan şəhəri
üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən "Azərbaycan
Hava Yolları" QSC (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi
məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə
dayandırır.
Bu barədə TodayPress AZAL-a istinadən
xəbər verir.
"Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin
tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna
malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı
vasitəsilə aviaşirkətə müraciət edə bilərlər" məlumatda deyilir.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və
sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.
Qeyd edək ki, AZAL ötən il dekabrın 25-dən etibarən
Rusiyanın iki şəhərinə, dekabrın 28-dən isə səkkiz şəhərinə uçuşları
dayandırıb. Bu qərar, AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə
yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində
baş verən qəzası ilə bağlı aparılan araşdırmaların ilkin nəticələri və uçuş
təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınaraq qəbul edilib.
Uçuşların dayandırıldığı hava limanları aşağıdakılardır:
Qroznı
Mahaçqala
Bu qərar təhlükəsizliyi təmin etmək məqsədilə qəbul
edilmiş və araşdırmalar yekunlaşana qədər qüvvədə qalacaqdır.
tag: AZAL, Rusiya, Kazan, Bakı, Uçuş, todaypress.az,