Azad edilmiş ərazilərdə daha 77 mina, 274 PHS aşkarlandı

Sosial

12.05.2025 15:14

19

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (05.05.2025 - 11.05.2025) açıqlanıb.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) TodayPress-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 45 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 274 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 315,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib

tag: ANAMA, Mina, PHS, Xankəndi, Xocalı, Xocavənd, todaypress.az,

photo