Azad edilmiş ərazilərdə aparılan yol tikintisi işlərinin həcmi açıqlandı

Sosial

30.01.2025 14:50

2020-2024 cü illərdə Azərbaycanın işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində ümumi uzunluğu 70,8 km olan 45 tunel, ümumi uzunluğu 9 581,6 m 447 körpü və ümumi uzunluğu 3 871 m olan 16 viaduk inşa edilir.

İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8 339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1 695 metr olan 9 viadukun tikintisi başa çatıb.

tag: Azərbaycan,Qarabağ,Şərqi Zəngəzur,AAYDA,todaypress.az,