Aynur Sofiyeva: “Hər 4 məktəblidən 1-i zorakılığa məruz qalır”
Sosial
02.12.2024 10:42
“Bullinq fərdləri yox, bütün cəmiyyəti narahat edən problemdir”.
TodayPress xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bunu “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, UNİCEF-in hesabatına əsasən, hər 4 məktəblidən biri zorakılığa, psixoloji təsirə məruz qalır.
Bundan başqa, Ümumidünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, yetkinlik yaşına çatmayanların 20 faizi bullinqə məruz qalır.
Valideynlər arasında keçirilən sorğu isə bizə göstərir ki, 60 faizdən çox uşaq kiberbullinqlə mübarizə aparır. Rəqəmlər məsələnin nə qədər ciddi olmasından xəbər verir. Bu məsələdə isə istər vətəndaş cəmiyyətinin, qurumların, istərsə də valideynlərin üzərinə ciddi işlər düşür.
Töhfə Səməd
tag: Aynur Sofiyeva, Səhiyyə,UNİCEF, Bullinq, todaypress.az,