Ayla Həsənova: "Valideyn himayəsindən məhrum qızların təhsilinə dəstək vermək vacibdir”
“1995-ci ildə BMT tərəfindən təşkil edilən IV Ümumdünya Qadın Konfransında ilkin bəyənnamə və fəaliyyət platforması qəbul edildi. Bunun əsas məqsədi isə qadınların elmə, təhsilə təşviqidir. Azərbaycan da həmin bəyənnaməni dəstəkləyən 189 dövlətdən biridir”.
TodayPress xəbər verir ki, bunu Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova Qadın və Qızların Elmdə Beynəlxalq Günü münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, BMT-nin qarşıya qoyduğu dayanıqlı inkişaf məqsədləri arasında 4-cü yerdə duran təhsil məsələsi Azərbaycan üçün də prioritetdir.
“Təhsil alanların gender bərabərliyinin qorunması, onların cəmiyyətə yüksək səviyyədə inteqrasiyası, həmçinin İKT və digər sahələrdə də yüksək göstəricilərə malik olmaları bizim üçün vacib məsələdir. Bununla yanaşı, bakalavr və magistratura pillələrində əlilliyi olan və ya valideyn himayəsindən məhrum olan qızların təhsilinə dəstək vermək bizim üçün olduqca vacibdir”.
Töhfə Səməd
tag: Gender,BMT, IV Ümumdünya Qadın Konfransı,Təhsil Nazirliyi,Todaypress.az,