Aydın Abbasov: “Bakının 80 faizdən çoxu fasiləsiz su ilə təmin olunub”
“Bakı şəhərinin 81.7 faizi fasiləsiz su təchizatı ilə təmin olunub”.
TodayPress xəbər verir ki, bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə verdiyi açıqlamada deyib.
O diqqətə çatdırıb ki, Azərbaycanda iqlim göstəricisinə uyğun olaraq hazırda 70 faizə yaxın ərazidə mərkəzləşdirilmiş su təchizatı sistemi qurulub.
Qalan ərazilər isə bələdiyyələrin tərkibində olan və plansız salınmış tikililəri əhatə edir.
"Onların baş planı isə hələ hazırlanmayıb. Bundan başqa, həmin qeyd olunan ərazilərdə su xətlərinə əlavə müdaxilələr olduqca çoxdur. Bu kimi addımlar isə işlərin görülməsində maneələr yaradır" deyə o əlavə edib.
Töhfə Səməd
tag: Bakı,Su,Təchizat,Faiz,Todaypress.az,