Axtarışda olan 47 nəfər saxlanıldı

Sosial

10.07.2024 11:31

İyulun 9-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 47, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

tag: DİN, Axtarış, Narkotik, Qanunsuz, Silah-sursat, Şübhəli, todaypress.az,