Avtomobilin vurduğu Özbəkistan vətəndaşı 11 gün sonra öldü
Abşeronda avtomobilin vurduğu Özbəkistan vətəndaşı 11 gün sonra ölüb.
TodayPress xəbər verir ki, oktyabrın 7-də Zümrüd Paşayeva idarə etdiyi "Mercedes" markalı avtomobillə Xırdalan şəhərində hərəkətdə olarkən Özbəkistan vətəndaşı Viktoriya Qroxotovanı vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
tag: Abşeron, Cinayət, Həkimlər, Piyada,Özbəkistan, todaypress.az,