Avtomobil velosiped sürən yeniyetməni vurdu

Sosial

03.04.2025 20:30

2315

Gəncədə avtomobil  velosiped sürən 12 yaşlı  qızı  vurub.

TodayPress xəbər verir ki, hadisə şəhərin "Pasyolka" adlanan yaşayış massivində  yerləşən yaşayış binalarının birinin qarşısında baş verib.

Belə ki, 2013-cü il təvəllüdlü Kəmalə Əsgərova müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal 12 yaşlı  qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirlir. Məlumata görə 12 yaşlı yeniyetmə qız yaşadığı binanın yaxınlığında velosped sürən zaman onu qadın sürücü avtomobili arxaya verən zaman vurub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Qəza, Gəncə, Velosipet, Qız, Xəsarət, DYP, todaypress.az,