Avtomobil təmiri sexində baş verən yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ

Sosial

29.04.2025 17:42

9

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb. 

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.   Əlavə məlumat veriləcək.

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexi yanır.   

***

17:27

Bu barədə TodayPress-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.   

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.az,