Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımada əhəmiyyətli artım qeydə alındı
2025-ci ilin yanvar ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən daşınan 18,4 milyon ton yükün 55,7%-i, 157,2 milyon sərnişinin isə 87,9%-i avtomobil nəqliyyatının payına düşüb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bu, 10,2 milyon ton yük və 138,2 milyon sərnişin daşınması deməkdir və ötən ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 9,8% və 8,4% çoxdur. Sərnişinlərin 95,7%-i avtobus, 4,3%-i isə taksi xidmətlərindən istifadə edib. Həmçinin avtobusla sərnişindaşımada 8,8% artım, taksi ilə sərnişindaşımada isə 0,5% azalma qeydə alınıb.
Bu göstəricilər Azərbaycanın avtomobil nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və daşımaların daha effektiv təşkili istiqamətində görülən işlərin uğurlu nəticəsidir. Yerüstü nəqliyyat sektorunda rəqəmsallaşma, yeni avtobusların istismara verilməsi və yolların təkmilləşdirilməsi sərnişin və yük daşımalarının həcminin artmasına əhəmiyyətli təsir göstərmişdir.
tag: Nəqliyyat,AYNA,Avtomobil,Sərnişin,todaypress.az,