Avtomat və qumbara aşkar edildi
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-dən məlumat verilib.
Martın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbara aşkar edərək götürüblər.
tag: DİN,Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,