Avtomat silahları aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Aprelin 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 2 qumbara, 2 qumbaraatan, 2 tüfəng, 56 patron darağı və 1579 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
tag: Silah-Sursat, Qumbara,Avtomat Silah ,Patron Darağı, todaypress.az,