Auditorlar Palatasına yeni üzv seçildi

Sosial

22.04.2025 20:10

10

Azərbaycan Auditorlar Palatası Şurasına (AAP) yeni üzv seçilib.

Bu barədə TodayPress-ə Palatadan bildirilib.

Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən maliyyə nazirinin müavini Azər Bayramovun 2025-ci il 17 aprel tarixli məktubuna əsasən Kəmalə Cəlal qızı Hümbətova Azərbaycan Auditorlar Palatası Şurasının üzvlüyünə Maliyyə Nazirliyinin nümayəndəsi qismində seçilib.

Bu barədə Auditorlar Palatasının sədri əmr imzalayıb. Bununla da Şura üzvlərinin sayı 7-yə çatıb.

Qeyd edək ki, Kəmalə Hümbətova Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Təşkilatlarda uçot siyasəti sektorunun müdiridir.

tag: Audittor, Palata, Şura, Üzv, todaypress.az,