Ata yeniyetmə qızını bıçaqlamaqda təqsirləndirilir
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.
Kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov övladı 2008-ci il təvəllüdlü şərti adı G.C-yə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Yeniyetmə qıza
Goranboy rayon Polis şöbəsində Goranboy rayon MX-nın əməkdaşları tərəfindən
ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır.
Faktla bağlı
araşdırma aparılır.
tag: Goranboy, Yeniyetmə, Qız, Bıçaqlama, Hadisə, todaypress.az,