Aşura günü 1040 litr qan tədarük olundu – YENİLƏNDİ
Sosial
16.07.2024 17:10
Bu gün qanvermə
aksiyası zamanı ümumilikdə Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və
rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib.
Bu barədə TodayPress-ə
Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu şəxslərdən
ümumilikdə 1040 litr qan tədarük olunub.
Qeyd edilib ki,
qanvermə aksiyaları Respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif
ünvanlarda keçirilir. Aksiyalar səhər 9:00-dan başlanıb.
***
13.51
“Aşura günü” könüllü
olaraq qanvermə aksiyaları davam edir. Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura
günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə
aksiyaları keçirilir.
Bu barədə
TodayPress-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki,
qanvermə aksiyaları Respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif
ünvanlarda keçirilir:
"Aksiyalar səhər
9:00-dan başlanıb. Saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815,
respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan
verib. Bu şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub".
tag: Aşura, Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanlar İdarəsi, Qanvermə,Cəmiyyət, Sosial, todaypress.az,