Asif Məcidov: “94 ədəd protez sahibinə təqdim olunub”

Sosial

24.10.2024 10:38

2777

“Mina qurbanlarının reabilitasiya prosesi hazırda davam etdirilir. Bizim 81 adda reabilitasiya vasitəsimiz mövcuddur”. 

TodayPress xəbər verir ki, bunu Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada deyib. 

Onun sözlərinə görə, yüksək texnalogiyalar aşağı-yuxarı protezlərlə təmin olunur. 4 il ərzində mina partlaması nəticəsində zərər görmüş 111 nəfər ərizə verib. Onlardan 91-i əlilliyi olan şəxs kimi qeydə alınıb. Bundan başqa, 65 nəfər amputasiya olunub, həmçinin 94 ədəd protez öz sahiblərini tapıb. 

Qeyd edək ki, tədbirdə Azərbaycandakı mina qurbanları, həyata keçirilmiş layihələr və qarşıda duran vəzifələr müzakirə olunub. 

Dəyirmi masada minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycan Respublikasının rəsmi qurumlarının nümayəndələri, o cümlədən ANAMA, Milli Məclis üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  “YAŞAT” fondu, Ombudsman Aparatı, minadan zərərçəkənlər, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Töhfə Səməd

tag: Mina, ANAMA, Azərbaycan, Milli Məclis,Asif Məcidov, Qurbanlar, todaypress.az,