“ASAN müraciət”in ötənilki fəaliyyəti qiymətləndirildi

Sosial

11.03.2025 12:53

1844

"Ötən il "ASAN müraciət”ə 11 400 müraciət daxil olub".

TodayPress xəbər verir ki, bu barədə “ASAN müraciət” İnformasiya Sisteminin 2024-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunan tədbirdə bildirilib.

Həmin müraciətlərdən doğru ünvalanmadığı üçün 1491-i geri çevrilib, 5835-i isə cavablandırılıb:

"2024-cü il ərzində qurumlara 4 200 müraciət 3500 dən çox yönləndirilib 2200 çoxu isə təmin edilib. Buninla yanaşı, zəng çağrı mərkəzinə ötən il ərzində 1132 müraciət daxil olub və cavablandırılıb".

Tədbirdə çıxış edən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN müraciət” platformasının vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafını, müraciətlərin operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb:

"Hazırda “ASAN müraciət” İnformasiya Sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla) müraciətlərin qəbulunu və aidiyyəti üzrə göndərilməsini təmin edir. Bu günədək 25 000-ə yaxın istifadəçi “ASAN müraciət” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib. Mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərindən yükləmək mümkündür".

Sonda vətəndaşların müraciətlərinə baxmaqda fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN könüllülərinə təşəkkürnamələr təqdim olunub.

tag: ASAN ,İnformasiya Sistemi,Dövlət Agentliyi,Ülvi Mehdiyev,todaypress.az,