Artımlar təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı - SİYAHI

Sosial

15.01.2025 11:03

"Nazilər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib. Minimum əmək haqqının bu ilin yanvarın 1-dən etibarın 400 manata çatdırılması ilə bağlı olaraq VTC pilləri üzrə də maaş artımları həyata keçirilib. Bununla da həmin vətəndaşlarımızın aylıq tarif (vəzifə) maaşları artırılıb". 

TodayPress xəbər verir ki, bu barədə Millət vəkili Vüqar Bayramov "Facebook" sosial şəbəkəsində yazıb. 

Onun sözlərinə görə, son qərara əsasən, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib. 

1-ci pillə üzrə maaşlar 345 manatdan 400 manata, 

2-ci pillə üzrə 359 manat 416 manata, 

3-cü pillə üzrə 371 manatdan 433 manata, 

4-cü pillə üzrə 389 manatdan 450 manata, 

5-ci pillə üzrə 406 manatdan 470 manata, 

6-cı pillə üzrə 422 manatdan 490 manata, 

7-ci pillə üzrə 441 manatdan 510 manata, 

8-ci pillə üzrə 458 manatdan 530 manata, 

9-cü pillə üzrə 478 manatdan 550 manata, 

10-cü pillə üzrə 497 manatdan 575 manata, 

11-ci pillə üzrə 518 manatdan 600 manata, 

12-ci pillə üzrə 538 manatdan 625 manata, 

13-cü üzrə 560 manatdan 650 manata, 

14-cü üzrə 584 manatdan 675 manata, 

15-ci pillə üzrə 607 manatdan 700 manata, 

16-cı pillə üzrə 632 manatdan 730 manata, 

17-ci pillə üzrə 694 manatadan 760 manata, 

18-ci pillə üzrə 833 manatdan 870 manata, 

19-cu pillə üzrə 1125 manatdan 1150 manatadək artırılıb: 

"Göründüyü kimi, dövlət idarələrində çalışıb VTC-nin ilk pillələri üzrə maaş alan vətəndaşlarımızın maaşları orta hesabla 15 faiz artılıb. Aşağı pillələrdə daha yüksək əmək haqqı artımlarının həyata keçirilməsi VTC-də pillər arası maaş fərqlərini də xeyili dərəcədə azaldılıb" deyə Vüqar Bayramov paylaşımında qeyd edib. 

Deputat vurğulayıb ki, yeni qərarla 400 mindən artıq vətəndaşımızın maaşları artırılıb.

Qeyd edək ki, minimum əmək haqqının artırılması ilə bağlı olaraq mövcud qanunvericiliyə əsasən Nazirlər Kabineti də həmin vətəndaşlarımızın əmək haqqlarının artırılması ilə bağlı qərar verir. Bu artımlar da yanvarın 1-dən hesablanacaq. Yəni, həmin vətəndaşlarımız artıq yanvar ayının maaşını artırılmış məbləğ ilə alacaqlar.

Günəş Mərd

tag: Kabinet, Maaş, Artım, Nazirlər ,todaypress.az,