Araz Nəsirov: "Bu, regionda həkim sayının artmasına imkan yaradır"

Sosial

18.12.2024 10:07

2900

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini yaratmaqda məqsəd vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir" 

TodayPress xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində bildirib. 

Onun sözlərinə görə, bu regionda həkim sayının artmasına da imkan yaradır:

"TƏBİB-in xəstəxanalarının büdcəsi əvvəl 800 milyon civarında idi. İndi həmin büdcə 1,8 milyarda yaxınlaşır. 2024-cü ildə hədəfimiz 1 milyard idi və artıq ona yaxınlaşırıq. Resurslardan maksimum istifadə etməklə bu göstəriyə çata bilmişik. Çalışırıq ki, dövlət tibb müəssisələri artıq özlərini maliyyələşdirəcək hala gəlsinlər" deyə o diqqətə çatdırıb.

Günəş Mərd

tag: TƏBİB, Səhiyyə ,Həkim,Araz Nəsirov ,todaypress.az,