Ankarada ağır yol qəzası baş verdi, yaralananlar var

Sosial

02.02.2025 09:45

Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Hadisə nəticəsində 7 nəfər yaralanıb.

Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıları çıxarıb. Hadisə yerində ilk yardımdan sonra yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

tag: Türkiyə,Ankara,Elmadağ ,Hadisə,todaypress.az,