Anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir - YENİLƏNDİ

Sosial

21.04.2025 12:46

9

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.   

TodayPress xəbər verir ki, hazırda ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilməklə yanğın nəzarətə alınıb.   

Yanğının tam söndürülməsi əməliyyatı davam edir.   

Əlavə məlumat veriləcək.

***

11:09

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub. 

TodayPress FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.  Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. 

Əlavə məlumat veriləcək.

tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.az,

photo