Anası tərəfindən döyüldüyü iddia edilən qız xəstəxanaya yerləşdirildi

Sosial

09.09.2024 20:34

1199

Xudat şəhərində azyaşlı döyülüb.

TodayPress xəbər verir  ki, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.

Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.

Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

tag: Xudat, Xaçmaz, Azyaşlı, Hadisə, todaypress.az,