ANAMA əməkdaşları tibbi təchizat və sığorta xidməti ilə tam təmin edilir

Sosial

14.05.2025 12:17

13

Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən icra edilən minatəmizləmə fəaliyyəti zamanı sahə işçilərinin təhlükəsizliyini təmin etmək, zərərçəkənə ilkin tibbi yardım göstərmək və onun hadisə yerindən dərhal təxliyəsini təşkil etmək məqsədilə zəruri avadanlıqlarla təchiz olunmuş tibbi yardım nəqliyyat vasitələri, eləcə də müvafiq bilik və təcrübəyə malik həkim heyətinin sahələrdə mövcudluğu vacib amillərdən biridir.

Bu barədə TodayPress-ə ANAMA-dan məlumat verilib.

ANAMA-nın tibbi təminatı yalnız mina hadisələri ilə məhdudlaşmır. Mobil bazalar, ilan və əqrəb sancmalarına qarşı lazım olan ilan zəhəri əleyhinə zərdab ilə də təmin olunur.

Agentliyin Aparatının müvafiq struktur bölməsi tərəfindən baza və düşərgələrdə mütəmadi olaraq tibbi monitorinq və inventarizasiya həyata keçirilir.

Minatəmizləmə fəaliyyəti dünyanın ən riskli peşələrindən biri hesab olunur.

ANAMA əməkdaşları yalnız icbari tibbi sığorta ilə deyil, həmçinin beynəlxalq standartlara uyğun fərdi qəza və könüllü tibbi sığorta ilə də təmin olunub.

Bu, onlara dövlət və özəl tibb müəssisələrində müayinə və müalicə imkanları yaradır. 

tag: ANAMA,Mina,Azərbaycan,Tibbi,Sığorta,Todaypress.az,