Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı
Sosial
10.01.2025 20:44
I, II, III və IV ixtisas qrupları üzrə
qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may-iyun aylarında
keçiriləcək.
TodayPress xəbər verir ki, bu barədə Dövlət İmtahan
Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, bu imtahanlarda iştirak etmək üçün
qeydiyyat isə aprel-may aylarında aparılacaq.
Vurğulanıb ki, I, II, III və IV ixtisas qrupları üzrə ali
təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq
imtahanına qeydiyyat fevralın 6-26-da aparılacaq.
Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq.
tag: DİN,Ali Məktəb, İmtahan, Qrup, Abituriyent, todaypress.az,