Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib
Sosial
28.01.2025 18:06
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla bu vəzifəyə Nigar Ağayeva təyinat alıb.
Qeyd edək ki, N.Ağayeva Ali Attestasiya Komissiyasında şöbə müdiri vəzifəsində çalışıb.
tag: Azərbaycan ,Prezident,Ali Attestasiya Komissiyası,Sərəncam,Nigar Ağayeva,todaypress.az,