Alatavada qanunsuz söküntü işləri zamanı xəsarət alan qadının vəziyyəti AÇIQLANDI
Martın 27-də Yasamal rayonu, Alatava ərazisində aparılan qanunsuz söküntü işləri zamanı xəsarət alan və ya yaralananlarla bağlı son durum açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan tarixdə saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Alatava ərazisindən müraciət daxil olub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın cinsli) stresə qarşı kəskin reaksiya diaqnozu ilə tibbi xidmət göstərilib".
Xatırladaq ki, martın 27-də Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb. Dərhal Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Hadisə ilə bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
Töhfə Səməd
tag: Alatava,Sorğu,Yasamal,Tikinti,Todaypress.az,