Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti bərpa olundu
Sosial
02.01.2025 18:05
Həkimlərin səyi nəticəsində aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti bərpa olunub.
Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova TodayPress-ə məlumat verib.
Onun sözlərinə görə, xəstə süni tənəffüs aparatına qoşulub.
Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır.
Qeyd edək ki, bundan öncə sənətçinin müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilmişdi.
Xatırladaq ki, aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.
Günəş Mərd
tag: Aktyor,Azər Baxşəliyev ,Vəfat,Ölüm,Ürək ,Todaypress.az,