Ağsuda zəlzələ oldu
Ağsu rayonunda 3,4 maqnitudalı zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən TodayPress-ə verilən xəbərə görə, yerli vaxtla saat 07:59-da Kürdəmir stansiyasından 17 km şərqdə, Ağsu rayonunda zəlzələ qeydə alınıb.
Ocağı 41 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
tag: Ağsu ,Zəlzələ,Azərbaycan,Güclü,todaypress.az,