Ağsuda yol-nəqliyyat hadisəsi - 8 nəfər xəsarət aldı
Ağsuda 8 nəfərin xəsarət
alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, ilkin məlumata əsasən hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisə zamanı Salmanova Elminaz, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazov xəsarət alıblar.
Onlardan birinin vəziyyətinin
orta-ağır olduğu bildirilir. DİN-İN Şəki regional qrupundan verilən məlumata
görə faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.
tag: Ağsu, Qəza, Yaralı, Xəsarət, Xəstəxana, Hadisə, todaypress.az,