Ağsuda qəza - Xəsarət alanlar var

Sosial

25.04.2025 23:50

13

Ağsuda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

TodayPress xəbər verir ki, mikroavtobus Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb. Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib. Yaralılar Kürdəmir və Ağsu Rayon Mərkəzi xəstəxanalarına çatdırılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

tag: Qəza, Ağsu, Mikroavtobus, Xəsarət, Şamaxı, todaypress.az,