Ağsuda 4 otaqlı ev yandı

Sosial

23.03.2025 16:00

2538

Ağsu rayonunun Hacıuşağı kəndində ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.

TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Ağsu ,Hacıuşağı,Fövqəladə Hallar Nazirliyi,Yanğın,todaypress.az,